30 
Sen
2020
18:29
369

Qiorqi Vaşadze:"Onlar hakimiyyətdə qalmaq üçün hər şey edərlər"

"Hökümət tərəfindən təxribat yönlü addımlar ölkədə mövcud problemləri gizlətməyə xidmət edir".

İnterPress.ge xəbər verir ki, bu haqda Ağmaşenebeli Strategiyasının lideri Qiorqi Vaşadze açıqlama verib.

Onun sözlərinə görə, müxalifət partiyalarının çoxu məsuliyyət daşıyır çünki, "Parçalanmış arzular" partiyası vəzifələri qorumaq üçün hər şeyə razılaşar.

“ Bütün bunların hamısı məqsədyönlü təxribat addımları Parçalanmış arzular partiyası tərəfindən atılır ki işsizlikdən , koronavirusdan və bu istiqamətlə mövcud acınacaqlı vəziyyətdən və larinin ucuzlaşması məsələlərindən danışmayaq. Polis də onlarındır, kameraları da özləri quraşdırıblar. Hər .ey onlarındır və işi araşdırmaq onların nəyinə gərək? Bütün bunları onlar diqqətdən yayındırmaq üçün edirlər.
Bu gün ki gündə coviddən nə qədər dünyasını dəyişən insanlar var ancaq bu məsələ televiziyalar üçün son məsələ kimi durur. Məhz bu Gürcü arzusunun məqsədidir. İctimaiyyətə diqqətli olmaları üçün , təxribatyönlü, zorakı addımlarına diqqət yetirmələri üçün müraciət edirəm. Bundan başqa mən müxalifət partiyalara da müraciət edirəm ki, indi 5 qat məsuliyyət daşıyırıq çünki vəzifələrini qoruyub saxlamaq üçün hər şey etmçəyə qadir olan hökümətimiz var”- dedi Qiorqi Vaşadze.

Bizimlə əlaqə saxlayın