26 
Sen
2020
15:29
1612

Saakaşvili: "Koronavirusu necə azaltacağımıza dair dəqiq bir planım var"

"Koronavirusun yayılmasını necə azaltacağımıza dair dəqiq bir planım var".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti, Ukrayna İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri Mixail Saakaşvili Facebook-da paylaşılan video müraciətində qeyd edib.

“Gürcüstanın, gürcü xalqına qaytarılacağı, sürətli inkişaf və problemlərin öhdəsindən gəlməsi üçün qaçılmaz məqama cəmi bir neçə həftə qalıb.

İndi mövcud olan problemlərdən danışmaq istəyirəm. Əvvəla, bu bir virusdur və iqtisadiyyatı bağlamadan virusu necə azaltacağımız və bu problemi necə həll edəcəyimiz barədə dəqiq bir planım var. Bunu dərhal təsirsiz hala gətirməliyik, çünki bu, xalqımızın sağlamlığına böyük bir zərbə olacaq, ilk növbədə bir çox insan həyatını itirəcək. Onsuz da çürümüş bir iqtisadiyyatı tamamilə məhv etmək potensialına malikdir. Bu, bizim planımızdır", - dedi Mixail Saakaşvili.

Bizimlə əlaqə saxlayın