24 
Sen
2020
16:01
1149

Gürcüstanın Baş Naziri Azərbaycan XİN başcısı ilə görüşdü - Nələr müzakirə olundu?

Gürcüstanın Baş naziri Giorgi Qaxaria Azərbaycan Respublikasının Xarici İşlər Naziri Cehun Bayramov ilə görüşdü.

InterPress.ge xəbər verirk ki, bu barədə Hökumət administrasiyasının mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, görüşdə iki ölkə arasındakı münasibətlər və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Onların sözlərinə görə, söhbət siyasi, ticarət-iqtisadi, enerji, təhsil və mədəni sahələrdə əməkdaşlığa yönəldi.

“Bölgədəki çətinliklərdən danışdılar. İki ölkə arasındakı strateji tərəfdaşlığın əhəmiyyəti vurğulandı. Gürcüstan və Azərbaycan arasında müxtəlif formatlarda əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edildi. Diqqət iki ölkə arasındakı ticarət, iqtisadi, nəqliyyat və enerji əməkdaşlığına yönəldildi. Azərbaycanın Gürcüstanın vacib ticarət tərəfdaşlarından biri olduğu qeyd edildi. Gürcüstanın Baş naziri Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycanın Xarici İşlər Nazirinə təşəkkür etdi. Hər iki ölkənin bölgədəki münaqişələrin sülh yolu ilə həll olunmasında maraqlı olduğu qeyd edildi", - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın