23 
Sen
2020
19:12
483

Azərbaycanın yeni təyin olunan səfiri ölkəmizin XİN rəhbəri David Zalkaliani ilə görüşdü

Azərbaycanın Gürcüstana təyin olunan yeni səfiri Faiq Quliyev etimadnaməsinin surətini Gürcüstanın Xarici İşlər naziri David Zalkalianiyə təqdim edib.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, görüş zamanı XİN başçısı F. Quliyevi yeni təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir iki ölkə arasındakı dostluq əlaqələrinin və strateji tərəfdaşlığın bundan sonra daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

Görüş zamanı Gürcüstan-Azərbaycan əməkdaşlığının perspektivləri və hazırkı vəziyyəti müzakirə edilib.

Bizimlə əlaqə saxlayın