21 
Sen
2020
14:05
446

Parlament sədri: "Bir çox ailə çətinliklərlə üzləşir, amma səbirlə, zəhmətlə, düzgün, ardıcıl qərarlarla daha çox insana kömək edəcəyik"

“Əlbətdə bir çox problem hələdə qalmaqdadır. Bir çox ailə çətinliklərlə üzləşir, amma səbirlə, zəhmətlə, düzgün, ardıcıl qərarlarla daha çox insana kömək edəcəyik və ölkəmizdə xeyirxaq işlər görəcəyik”.

InterPress.ge xəbər verir ki, bu barədə Parlamentin sədri Arçil Talakvadze, Saçxere Çiatura və Xaraqaulinin majoritar deputatlığa namizədi təqdim edərkən qeyd edib.

Onun sözlərinə görə, təcrübəli və məsuliyyətli komanda "Gürcü Arzusu" gələcəyin qayğısına qalmağa davam edəcək.

"Təəssüf ki, hələ də köhnə müxalifətin 2012-ci ildən bəri son dərəcə səfərbər və aqressiv olmasına baxmayaraq, ölkədə çox əhəmiyyətli dəyişikliklər edə bildik və xalqın özünə inamını və etimadını qazanmışıq. Cari ildə çox önəmli parlament seçkisi keçirəcəyik. Hakim Gürcü Arzusu seçki sistemini dəyişdirən və həqiqi hakimiyyəti və dövlət üzərində nəzarəti insanlara qaytaran demokratik bir konstitusiya islahatını həyata keçirən, hakim partiya konstitusiyanı və seçki sistemini ehtiyaclara uyğunlaşdıran yeganə siyasi qüvvədir. Buna görə xalq, konstitusiya və partiyamızın iş prinsipləri səviyyəsində zəmanət verilən Gürcü Arzusunun dövlət şərtləri ilə diqqət mərkəzindədir. İnsanların sağlamlıqlarına və hüquqlarını qorumağı bacardıq və "Hepatit C" proqramından və digər islahatlardan sonra, Qiorqi Qaxariyanın hökumətinin qlobal pandemiya şəraitində bir çox müvəffəqiyyətli işlər həyata keçirdi və bütün dünya pandemiya dövrünün birinci mərhələsini ən yaxşı idarə edən Gürcüstan olduğunu tanıdı. Siz indi də qlobal statistika səhifəsinə daxil olsanız bütün dünyada və xüsusilə Avropada koronavirusun kəskin artımı olduğunu görərsiniz. Bu fonda Gürcüstan virusun ən aşağı yayılmış zonalarından biri olaraq qalır və yaşıl ölkə statusunu qoruyur. Bunun səbəbi ölkənin məsuliyyətli bir hökumətinə və güclü liderlərə sahib olmasıdır. Bu təcrübəli heyətlə, yüksək məsuliyyətlə gələcəyin qayğısına qalmağa davam edəcəyik. Bu gün biz sizinlə ölkənin birləşməsi və gücləndirilməsinə qayğı göstərməyə davam etmək üçün buradayıq", - dedi A. Talakvadze.

Bizimlə əlaqə saxlayın