19 
Sen
2020
23:30
1872

İlham Əliyev: "Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.

InterPress.ge xəbər verir ki, mərasimdən sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

Müsahibə zaman Azərbaycan prezidentinə suallardanda biri də Rusiya və Serbiyadan Ermənistana silah göndərilməsi barədə yayılan məlumat barədə olub.

Prezidentə sual belə olub:

-Cənab Prezident, iyul ayında törədilən bu təxribat zamanı və ondan sonrakı dövrdə yerli və xarici mətbuatda Rusiya və Serbiyadan Ermənistana silah göndərilməsi barədə məlumatlar yayıldı. Bu məsələ ilə bağlı bir daha Sizin münasibətinizi öyrənmək istərdik.

"Mən bu hadisələrdə Gürcüstan hökumətinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Bilirsiniz ki, Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi. Məhz buna görə Xəzəryanı ölkələrin əraziləri və hava sahələri vasitəsilə yük təyyarələri Ermənistana silahlar daşıyır. Gürcüstan özünü çox etibarlı tərəfdaş kimi apardı. Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm. Deyə bilərəm ki, Gürcüstan hökumətinin simasında biz etibarlı tərəfdaş və dost görürük. Hökumətlərarası əlaqələr gündən-günə möhkəmlənir. Bir çox önəmli layihələr icra edilir. Bu yaxınlarda bizim Xarici İşlər nazirimiz Gürcüstana rəsmi səfər edəcək. Bu, onun Xarici İşlər naziri kimi Gürcüstana ilk səfəri olacaq. İndi səfərin proqramı hazırlanır. Bir çox məsələlər var. Bizi həm tarixi əlaqələr bağlayır, həm ortaq maraqlar. Bu gün Gürcüstan və Azərbaycan arasındakı əlaqələr və inkişaf edən əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir. Mən bir daha demək istəyirəm ki, Gürcüstan Hökuməti və Azərbaycan Hökuməti bir-birilə sıx təmasdadır və bu, davam edəcəkdir", - deyə Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib.

Bizimlə əlaqə saxlayın