19 
Sen
2020
11:27
715

Baş nazir: "Pensiyalarının hər il artacağına zəmanət verən qanunvericilik dəyişiklikləri həyata keçirə bildik"

“Əsas hədəfimiz hər zaman insanlar olacaq. Sabahkı gündən bəhs edərkən, dövlətin əsas vəzifəsi, zəruriliyi uşaqların, gənclərin və əlbətdə ki, yaşlı insanlarımızın olduğunu ifadə edirik".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri Qiorqi Qaxaria Kutaisi seçki dairəsi "Gürcü Arzusu"nun majoritar millət vəkilliyinə namizədi Zaza Lominadzenin və Kutaisi bələdiyyə başçılığına namizədi İoseb Xaxaleişvilinin təqdimatı zamanı bildirib.

"Uşaqlar üçün ən zəruri əlverişli şəraiti yaratmalıyıq, bunu uşaq bağçasından başlayaraq, məktəbədək davam etməliyik. Təqaüdlərin artması və ya atmaması ilə yaşlı nəsil hər zaman siyasi spekulyasiyalara məruz qallıb. Nəhayət ki, yaşlı nəslin pensiyalarının hər il artacağına zəmanət verən qanunvericilik dəyişiklikləri həyata keçirə bildik. Müəllimlərin, polis məmurlarının, həkimlərin, dövlətin kömək etdiyi, eləcədə bütün vətəndaşların hər zaman yanında olacağıq. Hamımız başa düşürük ki, dövlətin məhdud resursları var. Təəssüf ki, istədiyimiz qədər xərcləyə biləcəyimiz qədər zəngin dövlət deyilik. Əminəm ki, hamımız bu problemləri bir olub birlikdə həll edəcəyik və məqsədimizə çatdıqdan sonra hər zaman tarixi yerimizin olduğu o böyük Avropa ailəsinin qapısını döyüb, addımlayacağıq. Ölkənin mənafeyi naminə bu döyüşdə, ədalətli bir mübarizədə qalib gələcəyimizə əminəm və hər birinizə, hər bir Gürcüstan vətəndaşına, ölkənin qələbəsini arzulayıram", - dedi Baş Nazir Qiorqi Qaxaria.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər