18 
Sen
2020
14:32
1528

Nazir karantin rejimi ilə bağlı: “Ciddi məhdudiyyətlər dövrü sona çatdı”

"Profilaktik tədbirlərimiz sayəsində vaxt qazandıq. Daha çox məlumatla, daha çox güclə silahlanmışıq. Bizim biraz daha çox sayda yoluxmuş halları idarə etmək üçün indi daha çox imkanlarımız var".

InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natia Turnava parlamentin plenar iclasında qeyd edib.

Nazirin sözlərinə görə, ciddi məhdudiyyətlər dövrü sona çatdı.

"Bugünkü nöqteyi-nəzərdən birmənalı şəkildə deyə bilərik ki, dərhal qəbul edilən ciddi sərt effektli tədbirlər, o cümlədən: sərhədlərdən virus idxalına nəzarət, geniş miqyaslı və uğurlu karantin proqramı, ən çox təsirlənən seqmentlərə, sənaye sahələrinə və əhaliyə böhran əleyhinə yardım. Hesab edirəm ki, əhali üçün ən əsası Baş nazirin dünən açıq gözləntilər yaradan açıqlaması idi və bir tərəfdən Gürcüstanın iyul ayında bir tərəfdən virusa qarşı effektiv mübarizə apardığını açıqladı, digər tərəfdən isə iqtisadiyyatın açılması eləcə də artan aktivlik olacaq. Bu, ciddi məhdudiyyətlər dövrünün bitdiyini və uyğunlaşma dövrünə keçdiyimizi göstərir. Profilaktik tədbirlərimiz sayəsində vaxt qazandıq. Daha çox məlumatlarla, daha çox güclə silahlandıq, bir az daha çox sayda yoluxma hallarını idarə etmək üçün indi daha çox imkana sahibik", - dedi Natia Turnava.

Məlumat üçün bildirək ki, iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bugünkü plenar iclasda Avropalı Gürcüstan partiyasının dəvəti ilə çıxış etdi.

Bizimlə əlaqə saxlayın