18 
Sen
2020
12:56
881

Rusiya XİN başcısı Gürcüstanla münasibətlərin bərpasından danışdı

"İndi Ukraynadan istifadə etdikləri kimi, Gürcüstandan da istifadə etmək istəyirlər".

İnterPress.ge xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər naziri Sergey Lavrov Tina Kandelakiyə verdiyi müsahibəsində danışıb.

"Hər kəs 2008-ci ildə hadisələrin necə inkişaf etdiyini xatırlayır, hamı Amerikalı təlimatçıların orada olduğunu, Gürcüstan ordusunu öyrətdiklərini xatırlayır. Hamı bilir ki, Amerikalılar Mixail Saakaşvilini çox yaxşı tanıyırdılar.Sülhün bərqərar olması üçün beş günlük hərbi əməliyyatdan sonra, Avropa Şurası xüsusi bir hesabat hazırladı, İsveçrə diplomatının rəhbərliyi altında bir mütəxəssis qrupu qurdu və ondan 8 Avqust 2008-ci il münaqişəsini araşdıran bir qrupa rəhbərlik etməsini istəndi. Bütün bunların hamsı Mixail Saakaşvilinin əmri olduğu qənaətinə gəldilər. Düşünürəm ki, gürcü xalqı müdrikdir, həyatı sevir, necə ki, Rusiya Federasiyasının xalqıdır. Hər halda, bəzi təsadüfləri və ümumi istəkləri bilirəm. İnanıram ki, bütün bunlara baxmayaraq, bu anormal vəziyyəti aradan qaldıracaqlar və hakimiyyət ilə xalq arasında normal münasibətləri bərpa edəcəklər " dedi Lavrov

Bizimlə əlaqə saxlayın