15 
Sen
2020
10:40
789

Tina Xidaşeli: "Çətin qış bizi gözləyir"

Parlamentdəki problem, hökumətin nəzarətində olmaq üçün daim qəbulda olmaq və ya öhdəliyində olan vəzifələrdən daim yayınmaqdır. Hökumətin konkret plana ehtiyacı var"

İnterPress.ge xəbər verir ki, bu haqda Keçmiş müdafiə naziri Tina Xidaşeli danışıb.

"Vəziyyət elə davam edir ki , böyük ehtimalla seçkiləri təxirə salmalı olacağıq. Ölkə xalqının həyati təhlükəsini artırmamış hökumət parlamentə təqdim etsə daha yaxşı olar. Hökumət parlamentə getməli və müxalifətlə birlikdə versiyaları nəzərdən keçirməlidir . Xüsusi bir sistem yaradılmalıdır" dedi Tina Xidaşeli.

Onun sözlərinə görə, hökumət bu gün seçkilərin təxirə salınmasından məmnun deyil, çünki çətin qışdan sonra reytinqini qoruya bilməyəcək.

“Hökümət seçkilərin təxirə salınmasından məmnun deyil, çünki bu qış, çox çətin olacaq və bundan sonra hökumətin hər hansı bir müsbət tərəf göstərməsi çox çətin olacaq. Covidlə mübarizədə əldə olunan nailiyyətlərdən dolayı hökümət əhali tərəfindən müsbət qiymətləndirmə hiss edir və bu onlara seçkiləri udmağa ümid verir" T.Xidaşeli bildirdi

Bizimlə əlaqə saxlayın