21 
Avq
2020
13:47
387

Serqi Kapanadze:"Hökumət seçkilərdə beynəlxalq müşahidəçiləri məhdud sayda dəvətini planlaşdırır"

"Hökumət seçkilərdə beynəlxalq müşahidəçiləri məhdud sayda dəvətini planlaşdırır."


İnterPress.ge xəbər verir ki, bu haqda “ Avropalı Gürcüstan” partiyasının üzvü Serqi Kapanadze partiyanın ofisində baş tutan brifinqdə qeyd edib.

Onun sözlərinə görə, hakim partiya müxtəlif proqramlarla seçiciləri satın almağa başlayıb. Kapanadzenin bildirdiyinə görə, nə qədər az beynəlxaq müşahidəçilər 2020-ci ilin seçkilərini qeyd edərsə, hakimiyyətə bir o qədər xeyri olacaq.


“ Seçkilərdə beynəlxalq müşahidəçilərin seçkilərdə saylarının çox olması xüsusilə önəmlidir. Bundan öncəki seçkilərin təcrübələrindən bilirəm ki, bəzən bir neçə min müşahidəçi dəvət edilib. BMT bir neçə yüz müşahidəçi göndərir və çalışır ki, burada maksimal dərəcədə təmsil olunsun. Bu müşahidəçilərin Gürcüstana gəlməsi və heç kimə məhdudiyyət yaratmaması çox önəmlidir. Məlumatımız var ki, hakim partiya seçkilərdə beynəlxalq müşahidəçiləri məhdud sayda dəvətini planlaşdırır. Hökumət 2 addım atmalıdır. Bunlardan biri beynəlxalq təşkilatlardan müşahidəçilərlə təmin edilməli, ikincisi isə müşahidəçilərin sağlamlıqlarını sığortalamalıdır. Hökumət bunları öhdəliyinə götürməlidir”- dedi Serqi Kapanadze.


“ Avropalı Gürcüstan “ partiyasının üzvü höküməti pandemiyadan irəli gələrək beynəlxalq müşahidəçilərin sağlamlıqlarının sığortalaması məqsədilə bir neçə tələbatı yerinə yetirməyə çağırır. Məsələn, əgər kimsə koronavirusa yoluxarsa onun müalicəsini Gürcüstanın Səhiyyə nazirliyi öhdəliyinə götürməlidir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər