10 
Avq
2020
16:20
462

Kaladze: "Cinayət törədənlərin hamısı məsuliyyətə cəlb olunacaq"

"Cinayət törədənlərin hamısı məsuliyyətə cəlb olunacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcü arzusunun baş katibi Kaxa Kaladze bildirib.

O, bu sözləri Gürcü arzusunun Ninocminda – Axalkalakinin majoritar deputatı Enzel Mkoyana qarşı edilən şantajla əlaqəli qeyd edib.

“Əgər bənzər nəsə mövcuddursa bunun üçün müvafiq qurumlar var. Müraciət olunmalıdır. Əminəm ki, kim ki şantajla məşğuldur və kriminal cinayət törədirsə hamısı məsuliyyətə cəlb olunacaq”, - dedi Kaladze.

Qeyd edək ki, Gürcü arzusunun Ninocminda- Axalkalaki majoritar namizədi Enzel Mkoyanın vəkili Tariel Murmanişvili Mkoyana qarşı şantajın yeri olduğunu, onu həyatı ilə hədələndiyini və 5 milyon dollar götürməyə cəhd edildiyini açıqlayır.

Bizimlə əlaqə saxlayın