08 
Avq
2020
12:10
522

Qaxari: "Gürcüstan NATO-ya üzv olmağa tam hazırdır"

"Gürcüstan NATO-ya üzv olmağa tam hazırdır və bunu ölkənin strateji tərəfdaşları gprür və dəyərləndirirlər. Ölkədə siyasi maraqların spekulyasiyasına baxmayaraq Gürcüstan tərəfdaş ölkələrlə əlaqələri dərinləşdirməyə müvəffəq olub".

InterPress.ge xəbər verir ki, bu barədə Qiorqi Qaxaria bildirib.

"İttihamlara, ölkənin taleyi və gələcəyi ilə siyasi maraqlarla spekulyasiyaya baxmayaraq konkret insanların konkret maraqlarından irəli gələrək biz strateji tərəfdaşlarla əlaqələrimizi dərinləşdirik. Bu NATO-dur, ölkənin avroatlantikaya inteqrasiyası, ABŞ və Avropa İttifaqı - spekulyasiyalara baxmayaraq biz bu istiqamətlərlə əlaqələrimizi dərinləşdirik. Bu strateji əlaqələr son illərdə heç vaxt olmadığı səviyyəyə çatıb. Gürcüstan NATO-ya üzv olmağa tam hazırdır və bunu ölkənin strateji tərəfdaşları görür və dəyərləndirirlər. Ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün Avroatlantikaya inteqrasiya və dinc inkişaf etməyimiz mütləqdir", - deyə Qaxaria qeyd edib.

Qeyd edək ki, Amerikalı "Respublikaçılar" konqresmen və konqresin ABŞ - Gürcüstan dostluq qrupunun sədri Adam Kinzinqer baş tutan onlayn beynəlxalq konfrans zamanı Gürcüstanın NATO - ya üzv olmağın vaxtı çatdığını bildirib.

Bizimlə əlaqə saxlayın