07 
Avq
2020
08:44
608

Müxalifər lideri hökumətin sosial yardımlarına münasibət bildirdi

"Baş nazir Qiorqi Qaxarianın sosial təklifləri ilə xalqı seçkiöncəsi satın almağa cəhd edir".

InterPress.ge xəbər verir ki, bu barədə Avropalı Gürcüstanın liderlərindən biri Qiqa Bokeria deyib.

Onun jurnalistlərə verdiyi müsahibəsində bildirir ki, onun vətəndaşların ünvanına verdiyi bu cür açıqlamalar xalqı alçaldır .

"Bu hədələmək və satınalma kombinasiyasıdır. Bu İvanişvilinin "klounları" ilə bərabər vətəndaşlara etdiyi təkliflərdir ancaq onlar etiraz cavabı alacaqlar. Bu demokratik proseslər üçün zərərvericidir və ölkəyə təhlükə yaradır.

Təbii ki, biz hər vasitə ilə bu riskləri azaltmalıyıq. Guya bu yolla seçkinin taleyi həll olunacaq. Gürcü xalqının fikrini qərarını satın ala bilməyəcəklər. Bu bizim vətəndaşlarımızı alçaltmaqdır. Qaxarianın bu günki açıqlaması bu modeldir. Əməyimizlə qazandığımız pulları əlimizdən alır daha sonra alçaldaraq "yardım" kimi qaytarır. Biz bütün bunlara etiraz etməliyik. Bu alçaldıcı model ölkəmizin taleyi ilə əylənən, oliqarx tərəfindən irəli sürülüb. Bu modelin bir hissəsi satınalmadır", - dedi Bokeria.

Onun qiymətləndirməsinə görə, xalqın sayəsində pulları əldən almaq və mənimsəməyin dayandırmaq müxalifətin və bütün ictimaiyyətin tələbidir.

Bizimlə əlaqə saxlayın