03 
Avq
2020
22:58
825

Qiqi Uqlava seçkikərdə əsas mübarizənin bu şəhərdə olacağını qeyd etdi

"Mənim rəqibim Zuqdiddə hansı partiyanı təmsil etdiyini bilməyən İrakli Çikovani olmayacaq".

InterPress.ge xəbər verir ki, bu haqda Avropalı Gürcüstan partiyasının liderlərindən biri Qiqi Uqulava majoritar namizədləri təqdim etmək üçün təşkil olunan tədbirdə qeyd edib.

Uqulavanın sözlərinə görə, ictimaiyyət qarşısında söz verilməlidir ki, inkişaf və uğur insan hüquqları sayəsində olmamalıdır. "Qızılgül inqilabı"dan sonra inkişaf, uğur olub ancaq problemlər və səhvlər düzəlməlidir.

"Biz həyata keçirilən işlərə və qazanılan uğurlara görə təşəkkür tələb etməməliyik. Biz buraxılan səhvlərə görə üzr istəməliyik. Bu bizim keçmişlə əlaqədar olan mövqeyimizdir. Mən bizim həmkar partiyalara dəstək olmağı xahiş edirəm və bununla bərabər rəqib olmağa da hazıram. Hesab edirəm ki, Zuqdid ikinci dərəcəli və ya partiya nömrələrinin yarışı meydançası deyil. Zuqdid mərkəzi yerdir və siyasi partiya liderləri orada siyasi mübarizə aparmalıdırlar. Bu seçki çox önəmli seçkidir. Biz Zuqdidi, Sameqrelonu ümumiyətlə Gürcüstanı İvanişvilinin əlindən almalıyıq. Mən rəqibliyə hazıram lakin mən heç bir müxalifət partiyaları ilə rəqiblik etməyəcəm. Bizim rəqibimiz yalnız İvanişvili olacaq. Əsas mübarizə Zuqdiddə olacaq. İvanişvili hər cür pisliyə hazırdır. Mən bizim azadlığımız, demokratiyamız, sülhümüz, firavanlığımız üçün mübarizə aparmağa hazıram. Birlikdə mübarizə aparaq və uğuru nümayiş etdirək", - deyə Qiqi Uqulava qeyd etdi.

Bizimlə əlaqə saxlayın