03 
Avq
2020
18:11
1270

Keçmiş baş nazir 2020-ci il parlament seçkiləri ilə bağlı bəyanat yayır

"Parlamentin üzvü olmayacağam və gələcək hakimiyyətdə heç bir vəzifə tutmayacağam".

InterPress.ge xəbər verir ki, bu haqda ölkənin keçmiş baş naziri Vano Merabişvili sosial şəbəkədə yazır.

Merabişvilinin qeyd etdiyinə görə, 2020-ci ilin parlament seçkisi Gürcüstan üçün çox önəmlidir.

"Ölkəmiz üçün çox önəmli olan 2020-ci ilin parlament seçkiləri yaxınlaşır. Bu seçkidə Gürcü arzusunun nə edəcəyi həll edilməyəcək çünki bu dünəndə qaldı, ümumi milli məqsədlərimizi karyeramızdan, şəxsi ambisiyamızdan yüksəklərdə, özümüz üçün deyil ölkəmizin gələcəyi naminə mübarizə üçün həlledici olacaq.

Bu günki gündə təəssüflər olsun ki, ictimaiyyətə alternativlər təklif etmək əvəzinə müxalifətdən tez-tez siyasi ticarət, mandatlıq və oturacaqların hissələndirilməsi haqda eşidirik.

Bu mənim müraciətimdir və eləcədə ictimaiyyətə bildirmək istəyirəm, qərar gəldim ki, mən parlament üzvü olmayacağam və gələcək hakimiyyətdə heç bir vəzifə tutmayacağam. Mən İvanişvili rejiminə qarşı mübarizədə iştirak edəcəyəm. Lakin bu mübarizə şəxsi istifadə üçün deyil, xalqımın gələcəyi üçün olacaq", - deyə Merabişvili yazır.

Bizimlə əlaqə saxlayın