28 
Iyl
2020
10:21
733

Qiorqi Qaxaria sosial şəbəkədə ABŞ dövlət katibi Mayk Pompeo ilə telefon danışığı barədə yazır

Gürcüstanın Baş naziri Qiorqi Qaxaria sosial şəbəkədə ABŞ dövlət katibi Mayk Pompeo ilə telefon danışığı barədə yazır.

InterPress.ge xəbər verir ki, Baş nazir Twitter-də ölkənin müstəqil məhkəmə sisteminə və payızda azad və ədalətli seçkilərə sadiqliyini qeyd edir.

"Mayk Pompeo ilə ABŞ Gürcüstan arasında mövcud strateji tərəfdaşlıq və yeni sahələrdə əməkdaşlıq barədə danışmaq xoş idi. Aramızda baş tutan telefon zəngi ilə ona konstitusiya dəyişikliklərini dəstəklədiyinə görə təşəkkür etdim. Müstəqil məhkəmə sisteminə və bu payız azad və ədalətli seçkilərin keçirilməsinə sadiq olduğumuzu vurğulayıram" - Qaxaria Twitter-də yazır.

Qeyd edək ki, Gürcüstanın Baş naziri Qiorqi Qaxaria ilə ABŞ dövlət katibi Mayk Pompeo arasında telefon danışığı baş turub. Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər strateji tərəfdaşlığın əsas məsələlərini müzakirə ediblər.

Bizimlə əlaqə saxlayın