19 
Iyl
2020
20:57
2754

Hakim partiyadan hərkəsin maraqlandığı Marneuli-Qardabani namizədi kimdi? - FOTO

Bu gün Gürcü arzusu - Demokratik Gürcüstan" siyasi birliyinin mərkəzi ofisində Siyasi Şuranın keçirdiyi iclasda majoritar siyahı təsdiqlənib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcü Arzusu - Demokratik Gürcüstan partiyası rəsmi Facebook səhifəsində yayıb.

Belə ki, sabah Gürcü Arsuzu Gürcüstan üzrə 30 majoritar namizədini təqdim edəcək.

InterPress.ge-nin əlində olan məlumata görə, Marneuli-Qardabani namizədi hazırkı Marneuli meri Zaur Darğallı olacaq.

Kvemo kartilinin digər bölgələrinə gəldikdə isə, Bolnisi-Ağ bulaq (Tetricğaro)-Dmanisi-Zalqa namizədi Qoqi Meşveliani, Rustavi-Qardabani namizədi isə Nino Laçebidze olacaq.

Qeyd edək ki, 2020-ci ildə keçiriləcək parlament seçkiləri 120/30 seçki sistemi ilə keçiriləcək, onlardan 30-u majoritar sistem, 120-si isə proporsional sistemlə seçiləcəkdir.

Bizimlə əlaqə saxlayın