14 
Iyl
2020
20:39
1317

Milli Hərəkat partiyası birləşmiş müxalifətdən çıxır? - Müxalifət liderindən açıqlama

"Gizlətməyəcəm ki, “Milli Hərəkatın” birləşmədən çıxması ilə bağlı söhbət aparılır".

InterPress.ge xəbər verir ki, bu barədə “Yeni Gürcüstanın” lideri Giorgi Vaşadze deyib.

Onun dediyinə görə, bu mövzu ilə bağlı son açıqlamayı “Milli Hərəkat” verməlidir.

“Milli Hərəkatın” seçkilərdə hansı forma ilə iştirak edəcəyi yaxın günlərdə məlum olacaq. Məncə onların ayrılması konstruktiv, sakit şəkildə olmalıdır, çünki bizim məqsədimiz əhalimizin etimadını qazanmaqdır. Bu məsələ ilə bağlı son şərhi “Milli Hərəkat” verməlidir” – dedi Giorgi Vaşadze.

Bizimlə əlaqə saxlayın