13 
Iyl
2020
22:58
3193

Gürcüstan prezidenti Azərbaycan-Ermənistan arasındakı gərginliyə münasibət bildirdi

Gürcüstan prezidenti 12-13 iyul tarixində Azərbaycan və Ermənistan sərhədindəki baş verən silahlı toqquşmadan kədərləndiyini bildirir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili bəyanat yayır.

"Biz hamımız bu günki gündə görünməz düşmənlə mübarizə aparırıq. Beynəlxalq həmrəyliyin və qlobal stabilliyin qorunması çox vacibdir.

Bölgəmizin dincliyi və təhlükəsizliyi Gürcüstan üçün eləcə də dost və tərəfdaş dövlətlər Azərbaycan və Ermənistanın gələcək inkafı və rifahı üçün çox mühümdür. Ümid edirəm ki, müvafiq ölçülər vaxtında götürüləcək", - deyə prezdentin bəyanatında bildirilir.

Bizimlə əlaqə saxlayın