10 
Iyl
2020
13:24
1626

Baş nazir: "Siyahının sonuncu nömrəsində mən olacam"

"Seçki siyahısında kimin neçənci nömrədə olacağı önəmli deyil, əsas odur ki, hökümət, müxalifət, siyasi qüvvələr, ictimaiyyət hamı bərabər nümunəvi seçki keçirsin".

InterPress.ge xəbər verir ki, bu haqda baş nazir Qiorqi Qaxaria qeyd edib.

"Mən sondan başlayacağam. Sonuncu nömrədə mən olacağam. Mənim neçənci nömrə olacağım mənim üçün önəmli deyil. Mənim və hökümətin birinciliyi pandemiyası və hər bir vətəndaşın sağlamlığıdır. Vaciblik daşıyan ikinci məsələ isə iqtisadiyyatımız və onun bərpasıdır. Üçüncü isə pandemiya və iqtisadi krizis çərçivəsində dinc və sülh içində nümunəvi seçkilərin keçirilməsidir. Necə düşünürsünüz mən və ya komanda üzvlərinin neçənci yerdə olub olmamasını düşünəcək vaxtı varmı?!", - deyə baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın