12 
Fev
2020
10:13
2308

Müxalifət partiyaları genişmiqyaslı aksiyaya hazırlaşır - Aksiyanın keçiriləcəyi tarix açıqlandı

Müxalifət partiyaları aprelin 4-də aksiya keçirəcəklərini elan etdilər.

InterPress.ge xəbər verir ki, bu barədə Giorgi Vaşadze “Leyborist partiyasının” ofisində müxalifət nümayəndələri ilə keçirilən görüşdən sonra jurnalistlərə bildirdi.

“Apelin 4-də, saat 16:00-da, Rustavelidə genişmiqyaslı etiraz aksiyası keçiriləcək. Aprelin 4-də müxalifət patiyaları seçkilərdə necə əməkdaşlıq edəcəklərini açıqlayacaqlar” – dedi Vaşadze.

Gürcüstanın Ali Məhkəməsi tərəfindən “Avropa Gürcüstanının” liderlərindən biri olan Gigi Uqulavanın, Tbilisi İnkişaf Fondunun işi ilə bağlı suçlu elan edilib, həbs qərarının verilməsindən sonra, müxalifət partiyaları iqtidarla danışıqları dayandırıb.

Bizimlə əlaqə saxlayın