08 
Iyl
2020
14:30
1417

Gürcüstandan beş ölkəyə müntəzəm uçuşlar bərpa edilir

"Şərtsiz olaraq sərhədlərimizi açdığımız Avropa İtifaqının beş ölkəsi istiqamətində uçuşları və müntəzəm uçuşları bərpa etmək üçün beynəlxalq aviaşirkətlərlə danışıqlar aparılır".

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazirin müşaviri İrakli Çikovaninin keçirdiyi brifinqdə məlumat verilib.

“Şərtsiz olaraq sərhədlərimizi açdığımız Aİ-nin beş ölkəsi istiqamətində uçuşları və müntəzəm uçuşları bərpa etmək üçün beynəlxalq aviaşirkətlərlə danışıqlar aparılır. Xüsusilə, Lufthansa ilə 2020-ci ilin avqustundan Münhenə həftədə iki uçuş həyata keçirmək barədə razılığa gəldik, AirBaltic və AirFrance ilə də danışıqlar aparılır ", - dedi İrakli Çikovani.

Qeyd edək ki, Gürcüstan Almaniya, Fransa, Latviya, Litva və Estoniya ilə sərhədləri açır.

Bizimlə əlaqə saxlayın