08 
Iyl
2020
11:28
5106

Gürcüstan qonşu ölkələrlə sərhədləri açmaq üçün şərti açıqladı

“Gürcüstanın ənənəvi turizm bazarlarında pandemiyaya qalib gəlinərsə və nisbətən təhlükəsiz templərə nail olunarsa, yalnız bu halda həmin ölkələrlə sərhədlər açıla bilər”.

InterPress.ge xəbər verir ki, bunu ölkənin maliyyə naziri İvane Maçavariani “İmedi” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Gürcüstan epidemioloji vəziyyətini qurban verə bilməz: “Risk və potensial fayda balanslaşdırılmalıdır. Əks halda, Gürcüstan risklə üz-üzə qala bilər. Bizə turist, yoxsa koronavirus lazımdır?”

Nazir deyib ki, Gürcüstanın turizmdən əldə etdiyi gəlirin 80%-i qonşu ölkələrin payına düşür: “Ötən il Azərbaycan, Ermənistan, Rusiya və Türkiyədən milyon nəfərdən çox turist qəbul etmişik. Gürcüstanda beynəlxalq turizmlə bağlı koronavirusun idxalı minimal həddə olmalıdır”.(report)

Bizimlə əlaqə saxlayın