03 
Iyl
2020
16:42
1352

Gürcüstanın baş naziri Marneuli haqqında telesüjetə münasibət bildirib

“Gürcüstan qanunvericiliyi kiminsə hər hansı bir KİV vasitəsinin redaksiya siyasətinə müdaxiləsinə imkan vermir”.

InterPress.ge xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxaria “Mtavari arxi” telekanalının iyunun 20-də Marneuli ilə bağlı yayımladığı süjetə münasibət bildirərkən deyib.

“Hansı orqanın istintaq aparmasından asılı olmayaraq, heç kim hər hansı bir media orqanının redaksiya siyasətinə qarışa bilməz. Mən buna tam əminəm”, - baş nazir qeyd edib.

Xatırladaq ki, “Mtavari arxi”nin süjeti ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Cinayət Məcəlləsinin sabotaj maddəsi üzrə istintaq aparır. Süjetdə iddia olunub ki, Marneulidə vəfat edən şəxslərin ölüm səbəbinin koronavirus kimi göstərilməsi üçün onların ailə üzvlərinə 3 000 laridən 10 000 lariydək pul təklif olunub. Ötən gün DTX-dən bildirilib ki, süjetdəki respondentlərin Azərbaycan dilində dedikləri tərcümə zamanı qəsdən təhrif olunub.(report)

Bizimlə əlaqə saxlayın