03 
Iyl
2020
13:01
4208

Gürcüstanın baş nazirindən quru sərhədlərin açılması ilə bağlı açıqlama verildi

"Hələlik quru sərhədlərinin açılması planlaşdırılmır".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Qiorqi Qaxaria qeyd edib.

Baş nazirin sözlərinə görə, hökumət quru sərhədlərinin açılması ilə bağlı tələsik qərarlar qəbul edə bilməyəcək.

“Quru sərhədlərinin açılması üçün hələ də təcili addım atmamışıq. Gürcüstan vətəndaşları üçün quru sərhəddində nəqliyyat, eləcə də malların daşınması ilə əlaqəli hər şey tamamilə heç bir təxirə salınmadan həyata keçirilir. Beynəlxalq şirkətlər, nəqliyyat şirkətləri üçün böyük bir rahatlıq yaradırıq. Hər bir yük maşını sürücüsünün ölkədə qalmaq məcburiyyətində olduqları 72 saatlıq bir dövrü ərzində sağlamlığını izləyirik. Nəzarət olduqca effektivdir, amma hələlik quru sərhədlərini açmağı planlaşdırmırıq ", - dedi Giorgi Qaxaria.

Bizimlə əlaqə saxlayın