12 
Iyn
2020
09:40
1770

Ukrayna səfiri Saakaşviliyə görə Gürcüstan XİN-ə çağırıldı - Nələr müzakirə olundu?

Gürcüstanın Xarici İşlər Nazirliyində Ukrayna səfiri İqor Dolqovla keçirilən görüş başa çatıb.

InterPress.ge xəbər verir ki, o, görüşdə Mixeil Saakaşvilinin bəyanatları ilə yanaşı, Ukrayna vətəndaşlarının Gürcüstandan təxliyəsi, pandemiya ilə mübarizə və qarşılıqlı dəstək məsələlərinin də müzakirə olunduğunu bildirib.

İ.Dolqovun sözlərinə görə, M.Saakaşvili Ukraynanın rəsmi şəxsi deyil: “O, Gürcüstanın vətəndaşı olmasa da, hər zaman gürcü olaraq qalacaq. Gürcüstan Mixeil Saakaşvilinin həyatının vacib hissəsi olub və bu, indi də belədir”.(report)

Bizimlə əlaqə saxlayın