16 
Apr
2020
22:05
3213

Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

Gürcüstan Azərbaycanın koronavirusla mübarizəsinə dəstək verib.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meriyası məlumat yayıb.

Belə ki, Tbilisi televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

“Gürcüstan Azərbaycan xalqına bu mesajı çatdırır: Gəlin pandemiya ilə birgə səylərlə mübarizə aparaq! Biz bir yerdə qalib gələcəyik”, - məlumatda bildirilib.

Qeyd edək ki, bu günə qədər Tbilisinin simvollarından biri olan teleqüllə koronavirus epidemiyasının geniş yayıldığı Fransa, Böyük Britaniya, ABŞ, İspaniya, İtaliya və Türkiyənin bayraqlarının rəngləri ilə işıq saçıb.(report)

Bizimlə əlaqə saxlayın