16 
Yan
2021
18:55
362

Kobaxidze: "2014-cü ildən bəri mənə göstərdiyi etimada görə Bidzina İvanişviliyə təşəkkür edirəm"

"Çıxışıma Bidzina İvanişviliyə təşəkkürlə başlamaq istəyirəm".

InterPress.ge xəbər verir ki, bu barədə "Gürcü Arzusu"nun yeni sədri İrakli Kobaxidze çıxışında bildirib.

"Gürcü Arzusu"nun yeni sədri İrakli Kobaxidze partiyanın keçmiş sədri Bidzina İvanişviliyə ona olan etimadına görə təşəkkür edib.

“Çıxışıma Bidzina İvanişviliyə təşəkkürlə başlamaq istəyirəm. 2012-ci ildə Bidzina İvanişvili yalan və şiddətə əsaslanan bir rejimi məğlub etdi və ölkəmizə və xalqımıza azadlıq, əmin-amanlıq və təhlükəsizlik gətirən yeni bir demokratik düzənin təməlini qoydu. Bu günə qədər O, ölkəmiz üçün azadlığın, sülhün və təhlükəsizliyin əsas təminatçısı olub.

2014-cü ildən bəri mənə göstərdiyi etimada görə Bidzina İvanişviliyə təşəkkür edirəm.

Mənə göstərilən bu qədər yüksək etimada görə qurultay nümayəndələrinə və partiyamızın hər bir üzvünə təşəkkür edirəm. Sizə söz verirəm ki, bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm",- deyə Kobaxidze çıxışında bildirib.

Bizimlə əlaqə saxlayın