15 
Yan
2021
16:59
398

Çixladze: "Əgər müxalifət yerli seçkilərdə qalib gəlsə, daha sonra vaxtından əvvəl parlament seçkilərinin təyin edilməsi təklifi, qeyri-müəyyən və məntiqsizdir"

"Əgər müxalifət yerli seçkilərdə qalib gəlsə, daha sonra vaxtından əvvəl parlament seçkilərinin təyin edilməsi təklifi, qeyri-müəyyən və məntiqsizdir".

InterPress.ge xəbər verir ki, "Strategiya Ağmaşenebeli" partiyasının üzvü Serqo Çixladze, "Qirçi"nin üzvü İaqo Xviçianın özünüidarəetmə seçkiləri ilə əlaqədar açıqlamasına belə cavab cavab verib.

Sergo Çixladzenin sözlərinə görə, bu cümləni müxalifətdən "Qirçi" və "Vətəndaşlar" dan başqa heç kim dəstəkləməyəcək.

“Strategiya Ağmaşenebeli də daxil olmaqla müxalifətin əksəriyyəti eyni fikirdədir - təqdim olunan təkliflərin, müzakirə etdiklərimizin və nə barədə konsensusa gəldiksə hamısının tərəfdarıyıq. Fikirləşirik ki, bizim təklifimizlə danışıqlar davam edəcək. "Strategiya Ağmaşebeli"nin mövqeyi eynidir, heç bir şey dəyişməyib. Aleko Elisaşvilinin "Vətəndaşlar" partiyası da daxil olmaqla bəzi partiyaların qərarına gəlincə, heç kim üçün sürpriz olmadı, onların fərqli mövqeləri var idi. Bu, şərti olaraq 60 nəfərdən mandatlarını rədd etməmiş iki nəfərin mövqeyidir. Onların Parlamentə girib-girməməsi, böhrana səbəb olmaz və parlamentə çoxpartiyalı sistem adını vermir.

Təqdim olunmuş təklif, "gəlin, yerli seçkilər test olsun və müxalifətin qalib gələcəyi təqdirdə erkən parlament seçkilərinin təyin edilsin" təklifi qeyri-müəyyən və məntiqsizdir. On ay niyə gözləyək, hansı ki, eyni test iki ay bundan əvvəl baş tutdu. Saxta parlament seçkilərində belə müxalifət hökuməti 52-48 hesabı ilə məğlub etdi. Əgər belə test axtarırıqsa, test artıq keçirilmişdir", - dedi Serqo Çixladze.

Onun sözlərinə görə, "Qirçi" və "Vətəndaşlar" partiyasının müəyyən üzvlərinin ortaq bir razılığa gəlmədən parlamentə girməsi təəccüblü olmayacaq.

"Düşünmürəm ki, kimsə bunu dəstəkləsin, çünki bütün müxalifət partiyaları mandatdan imtina edərək, siyahını açmaq və s. ilə fikirlərini bildirdilər. Bunu etməyən iki partiya var; "Qirçi" və Elisaşvilinin partiyasının bu hissəsi. Odur ki, Parlamentə razılaşmadan girsələr, bizim üçün sürpriz olmayacaq. Xoş olmayacaq, ancaq siyasi gerçəkliyi, müxalifətin gündəmini dəyişdirməyəcək və siyasi böhranı azaltmayacaq. Buna görə də, "Gürcü Arzusu"nu bu qədər çaxnaşmamağa və müxalif həmkarlarımızı konsensus yolunu tutmağa çağırıram", - dedi Çixladze.

Xatırladaq ki, İaqo Xviçianın sözlərinə görə, "Qirçi" yerli özünüidarə seçkilərinin test olmasının tərəfdarıdır və müxalifətin qalib gələcəyi təqdirdə erkən parlament seçkiləri təyin edilməsini bildirib.

Bizimlə əlaqə saxlayın