13 
Yan
2021
12:50
725

Bidzina İvanişvili “Gürcü Arzusunun” dəstəkçisi olmayacağını açıqlayıb

“Mən öz siyasi dəstəmə artıq məsləhətlər də verməyəcəm və dəstə üzvləri bunu yaxşı bilirlər”.

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusunun” təsisçisi Bidzina İvanişvili Gürcüstanın Birinci Kanalının “Azad baxış” verlişində bildirib.

Onun dediyinə görə, dəstə üzvləri ilə əlaqələri davam edə bilər, ancaq siyasi mövzularla əlaqəsi olmayacaq.

“Artıq ictimai həyat istəmirəm. Yeni qərarımla bağlı bir neçə xarici medya müsahibə istədi, onlarla da görüşdükdən sonra, artıq sakit həyatıma qayıdacam. Mən “Gürcü Arzusunun” dəstəkçisi olmayacam, məsləhət verməyəcəm və maksimum bir vətəndaş olaraq, seçkilərdə ona səs verəcəm. Artıq nə müsahibələr, nə də ictimai bəyanatlar verməyəcəm. Hərkəsə tapşırdım ki, məni narahat etməsinlər. Mən də kimsəyə zəng edib, heç nə deməyəcəm.

İctimaiyyəti əmin etmək istəyirəm ki, həqiqətən də dediyimi edəcəm” – dedi Bidzina İvanişvili.

Bizimlə əlaqə saxlayın