11 
Yan
2021
12:03
865

Bidzina İvanişvilini kim əvəz edəcək?

Mövcud məlumatlara görə, hazırda partiyanın icra katibi olan İrakli Kobaxidze partiya sədri olaraq Bidzina İvanişvilini əvəz edəcək.

InterPress.ge bu barədə yerli KİV-nə istinadən xəbər verir.

Qeyri-rəsmi məlumata görə, "Gürcü Arzusu" partiyanın İrakli Kobaxidzeyə təhvil verilməsi barədə qərar qəbul edib.

Eyni zamanda, yayılan məlumatlara görə, yeni sədrin seçiləcəyi partiyadakı siyasi şuranın iclası yaxın günlərdə keçiriləcək.

Xatırlatmaq istəyirik ki, Bidzina İvanişvili “Gürcü Arzusu” partiyasından ayrılır və siyasətdən gedir. İvanişvili bununla bağlı xalqa müraciət etdiyi açıq bir məktub yayımlayıb.

Bizimlə əlaqə saxlayın