1 USD =3.312 GEL 1 EUR =4.03 GEL 1 AZN =1.948 GEL 1 TRY =0.426 GEL 1 RUB =4.455 GEL
22 
Noy
2020
20:39
338

VMH üzvü: Müxalifətin birliyinin pozulacağını düşünmürəm

"Müxalifətin birliyinin pozulacağını düşünmürəm, çünki hamımız eyni platformadayıq, bu da parlamentin qanunsuz olduğu anlamına gəlir".

InterPress.ge xəbər verir ki, bu barədə Birləşmiş Millət Hərəkatının üzvü Xatia Dekanoidze deyib.

“Bu dəqiqə heç bir müxalifət partiyası və ya müxalifət partiyasının lideri saxtalaşdırılmış seçkilər nəticəsində qeyri-legitim olan bu parlamentin Gürcüstan xalqının marağında olduğunu düşünmür. Əminəm ki, bu mövqedə tamamilə birləşmişik. Mən mandatdan istifadə etməyəcəyəm və əminəm ki, dostlarımın böyük əksəriyyəti, demək olar ki, hamısı və heç bir müxalifət partiyası yeni seçkilər təyin olunmayana qədər bundan istifadə etməyəcək",- dedi Dekanoidze.

Bizimlə əlaqə saxlayın



Digər "siyasət" xəbərləri