1 USD =3.319 GEL 1 EUR =3.972 GEL 1 AZN =1.952 GEL 1 TRY =0.423 GEL 1 RUB =4.363 GEL
21 
Noy
2020
12:02
238

Prezident: “Ümid edirəm ki, çox effektiv, işgüzar və çoxpartiyalı bir parlamentə sahib olacağıq"

Gürcüstan Prezidenti Salome Zurabişvili bütün siyasi partiyaların seçicilərə hörmət göstərəcəklərinə və effektiv çoxpartiyalı parlament yaradacağına ümidini ifadə edib.

InterPress.ge xəbər verir ki, bu barədə Salome Zurabişvili Gürcüstanda keçirilən ikinci tur parlament seçkilərində səs verərkən bildirib

“Ümid edirəm ki, çox effektiv, işgüzar və çoxpartiyalı bir parlamentə sahib olacağıq. Bu, doqquz partiyaya səs verən Gürcüstan seçicisinin qərarıdır. Seçicilərə və onların istəklərinə hörmət etməliyik”, - deyə o bildirib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkilərinin ikinci turu başlayıb.

Ölkədə parlament seçkilərinin birinci turu oktyabrın 31-də yeni qarışıq sistemlə keçirilib. Buna əsasən 150 ​​deputatdan 120-si proporsional sistemə, qalan 30-u isə majoritar sistemə görə seçilir.

İlk turun nəticələrinə görə, hakim “Gürcü Arzusu” partiyası 48,22 faiz səs toplayıb, eyni zamanda 13 birmandatlı bölgələrdə səslərin 50 faizdən çoxunu qazanaraq qalib gəlib. Doqquz siyasi partiya və blok da parlamentə daxil olub.

Eyni zamanda, bütün müxalifət partiyaları seçkinin nəticələrini saxta adlandıraraq, onu tanımamağa qərar veriblər və seçkilər başa çatdıqdan dərhal sonra ölkədə etiraz aksiyalarına başlayıblar.

Müxalifətçilər proporsional siyahılardan alınan bütün parlament mandatlarından imtina ediblər.

Seçkilərin ikinci turu müxalif partiyalar tərəfindən boykot olunub.

Bizimlə əlaqə saxlayın



Digər "siyasət" xəbərləri