1 USD =3.319 GEL 1 EUR =3.972 GEL 1 AZN =1.952 GEL 1 TRY =0.423 GEL 1 RUB =4.363 GEL
19 
Noy
2020
14:42
118

Lelo partiyasının ofisində müxtəlifət görüş keçirir

"Gürcüstan üçün Lelo" partiyasının ofisində müxalifət təmsilçilərinin görüşü keçirilir. Onlar 21 noyabrda elan olunan mitinqin formasını bugünkü iclasda müzakirə edəcəklər.

InterPress.ge xəbər verir ki, bu barədə "Lelo" üzvlərindən biri Saba Buadze bildirib.

“Bu gün etiraz tədbirlərini planlaşdırmağa çalışacağımız növbəti görüşümüz var. Bildiyiniz kimi, noyabrın 21-də ikinci tur var və ikinci tura paralel olaraq birgə ictimai etiraz aksiyasını idarə etmək və təşkil etmək istəyirik. Bu etiraz qanun çərçivəsində olan bütün mümkün formaları əhatə edir. Müxalifət mitinqi hansı formada keçirəcəyimiz barədə hələ razılığa gəlməyib, amma bildiyim qədər dəqiq deyə bilərəm ki, "utanc dəhlizləri" "Lelo" və "Birləşmiş Müxalifət" tərəfindən seçki məntəqələrində keçirilməyəcək. Kimsə bunu fərdi şəkildə edirsə, bu onun qərarıdır. Biz belə bir etiraz formasına qarşı çıxırıq və bunu səmərəsiz və qeyri-konstruktiv hesab edirik",-dedi Buadze.

Onun sözlərinə görə, seçkilərin ikinci turunda məntəqələrdə "Lelo" partiyasının nümayəndəsi olmayacaq. İkinci turda iştirak etmədiyimiz üçün "Lelo" partiyasının təmsilçiləri seçki məntəqələrində olmayacaqlar. Müşahidəçilər göndərmək də daxil olmaqla, bu yalana heç bir şəkildə qatılmayacağıq",-deyə Buadze bildirdi.

Bizimlə əlaqə saxlayın



Digər "siyasət" xəbərləri