1 USD =3.312 GEL 1 EUR =4.03 GEL 1 AZN =1.948 GEL 1 TRY =0.426 GEL 1 RUB =4.455 GEL
18 
Noy
2020
20:55
335

İrəvanda Paşinyan tərəfdarları və etirazçılar paralel aksiya keçirir

İrəvanda iki paralel mitinq keçirilir.

InterPress.ge xəbər verir ki, bu barədə yerli media məlumat yayır.

Vətəndaşlar Baş nazir Nikol Paşinyanın istefasını tələb etmək üçün Azadlıq meydanına toplaşıblar. Mitinqdə müxalifət qüvvələrinin nümayəndələri də iştirak edib.

Baş Nazirə dəstək olmaq istəyən insanlar isə Respublika Meydanına toplaşıblar, lakin Nikol Paşinyan onlara dağılmalarını tapşırıb.

Xatırladaq ki, Paşinyan 9 noyabrda Dağlıq Qarabağda atəşkəs razılaşmasını imzaladıqdan sonra Ermənistan vətəndaşlarının bir hissəsi Nikol Paşinyanın istefasını tələb edib.

Etirazçılar Nikol Paşinyanı dövlət maraqlarına məhəl qoymamaqda və əraziləri Azərbaycana verməkdə günahlandırırlar.

Bizimlə əlaqə saxlayın



Digər "siyasət" xəbərləri