1 USD =3.316 GEL 1 EUR =3.955 GEL 1 AZN =1.951 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.369 GEL
07 
Okt
2020
21:42
290

Gürcüstanın Rusiyaya qarşı danışıqlar prosesini pozmaqda günahlandırması əsassızdır ? - Zaxarovadan açıqlama

Gürcüstanın Rusiyaya qarşı danışıqlar prosesini pozmaqda günahlandırması əsassızdır və siyasiləşdirilib.

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib .

“Gürcüstan Xarici İşlər Nazirliyinin 6 oktyabr tarixli açıqlaması bizi təəccübləndirdi, guya Rusiya təmsilçiləri Qafqazdakı Təhlükəsizlik və Sabitliyə dair Cenevrə Beynəlxalq Müzakirələrinin təxirə salınmış 51-ci raundunu pozublar. Bizə qarşı bu ittihamı əsassız və siyasiləşdirilmiş hesab edirik" – dedi Zaxarova.

Onun sözlərinə görə, pandemiyanın yaratdığı ciddi məhdudiyyətlər və maddi-texniki problemlər nəzərə alınaraq növbəti danışıqların 6-7 oktyabr tarixlərində keçirilməsindən imtina edilməsinə qərar verildi, ancaq bu yalnız Rusiya deyil, Abxaziya və Cənubi Osetiya nümayəndə heyətləri tərəfindən də qəbul edildi.

Xatırlatmaq istərdik ki, Gürcüstan Xarici İşlər Nazirliyi 6-7 oktyabr tarixində keçirilməsi planlaşdırılan Cenevrə Beynəlxalq Danışıqlarının 51-ci raundunun pozulması ilə bağlı açıqlama verib. Gürcüstanın Xarici İşlər Nazirliyi, Cenevrə Beynəlxalq Danışıqlarının 51-ci raundunun Rusiya Federasiyası nümayəndələri tərəfindən pozulmasından narahat olduğunu bildirir.

Bizimlə əlaqə saxlayın



Digər "siyasət" xəbərləri