1 USD =3.316 GEL 1 EUR =3.955 GEL 1 AZN =1.951 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.369 GEL
02 
Okt
2020
18:11
802

Səfir: "Gürcüstanda Ermənistanın işğalçı ordusunu dəstəkləmək cinayətdir"

"Gürcüstanda Ermənistanın işğalçı ordusunu dəstəkləmək cinayətdir".

InterPress.ge xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev deyib.

Səfir Azərbaycan və Ermənistan arasında gedən qızğın müharibədən danışıb. O, qeyd edib ki, Ermənistanın silahlı qüvvələri mülki insanları və obyektləri top atəşinə məruz qoyaraq, Azərbaycana qarşı növbəti təcavüz aktını həyata keçirib.

"Bildiyiniz kimi, sentyabrın 27-də Ermənistanın silahlı qüvvələri mülki insanları və obyektləri top atəşinə məruz qoyaraq, Azərbaycana qarşı növbəti təcavüz aktını həyata keçirdi. Nəticədə 1 oktyabr axşamına olan vəziyyətə görə, 19 dinc sakin həlak oldu və 55 nəfər yaralandı.

Azərbaycan Silahlı Qüvvələri işğalçıların hərbi gücünü və infrastrukturunu məhv etmək, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini azad etmək üçün əks-hücum əməliyyatı həyata keçirir. Azərbaycan xalqı vətənlərini işğalçılardan qurtarmaq üçün Vətən müharibəsi aparır.

Lakin Ermənistan Respublikası işğal olunmuş Azərbaycan torpaqlarında döyüş meydanlarında məğlubiyyətə uğrayaraq, regional gərginliyi daha da artırmağa, törətdiyi avantyuraya böyük xarici dövlətləri cəlb etməyə çalışır. Təəssüf ki, müxtəlif radikal erməni strukturlarının fəallaşması Gürcüstanda da qeydə alınır.

Onlar Azərbaycanın Qarabağ bölgəsinə göndərilməsi üçün "könüllülər"in qeydiyyatı üzrə aksiyalar təşkil edir, xüsusən də Gürcüstan vətəndaşlarını Gürcüstanın strateji müttəfiqi olan Azərbaycana qarşı təcavüz həyata keçirən kombatantlara, qanunsuz silahlı birləşmələrin üzvlərinə çevirməyə çalışırlar", - deyə Quliyev qeyd edib.

F. Quliyevin bildirdiyinə görə, Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyanın çağırışı ilə Tbilisidə öz səfirlikləri qarşısında erməni icması nümayəndələrinin aksiyası təşkil edilib və iştirakçıların qarşısına çıxan səfir Azərbaycanın işğal olunmuş əraziləri adının erməni versiyasının şüar olaraq səsləndirilməsi və erməni işğalçı ordusuna tərif yaxmasından savayı, bir məntiqlı dəlil gətirməyə acız qalıb.

"Dünən, Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyanın çağırışı ilə bu ölkənin Tbilisidəki səfirliyi qarşısında erməni icması nümayəndələrinin aksiyası təşkil edildi. İştirakçıların qarşısına çıxan sözdə “diplomat” Azərbaycanın işğal olunmuş əraziləri adının erməni versiyasının şüar olaraq səsləndirilməsi və erməni işğalçı ordusuna tərif yaxmasından savayı, bir məntiqlı dəlil gətirməyə acız qaldı.

Təcavüzü bayraq edən və 1992-ci ildə soyqırımı törətməklə, 613 Xocalı sakinini vəhşicəsinə qətlə yetirənləri tərənnüm etmək beynəlxalq hüquq baxımından cinayətdir. Bunu təcavüz və işğaldan əziyyət çəkən Gürcüstanda etmək isə, əxlaq və insanı baxımdan da ikiqat cinayətdir.

Bununla bağlı, Gürcüstanın dövlət qurumlarını və ictimaiyyətini qərargahı Ermənistan səfirliyi olan bu cür təxribatları qətiyyətlə pisləməyə çağırıram. Gürcüstanda təcavüzü dəstəkləmək və sabitliyi pozmaq əvəzinə, Sadoyan üçün – əgər xəritəyə baxıb onun təriflədiyi bədnam döyüşçülərin Azərbaycanın Qarabağ torpaqlarında işğalçı olduğunu dərk edə bilmirsə – susmaq daha yaxşı olardı", - deyə Quliyev qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər "siyasət" xəbərləri