1 USD =3.319 GEL 1 EUR =3.945 GEL 1 AZN =1.953 GEL 1 TRY =0.417 GEL 1 RUB =4.363 GEL
01 
Sen
2020
12:33
1048

Irakli Kobaxidze: "Mixail Saakaşvilinin verdiyi vədi yerinə yetirməliyik və onu..."

"Əlbətdə ki, Mixail Saakaşvilinin verdiyi vədi yerinə yetirməliyik, onu Gürcüstana qaytarmalıyıq. Onu,Gürcüstanda tam sərt şəkildə məsuliyyətə cəlb etməliyik".

İnterPress.ge xəbər verir ki, Gürcü Arzusunun İcra katibi İrakli Kobaxidze brifinqdə , Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Gürcüstana geri qayıtmasına cavab verdi.

İrakli Kobaxidzeyə görə , Mixail Saakaşvilinin və "Milli Hərəkat" ın buraxdığı səhvlər bağışlanmaması lazım olan bir cinayətə bərabərdir.

"Milli Hərəkat" bu gün təəssüf ki, 12% ilə ikinci yerdədir, lakin bu rəqəmin daha da azalacağına böyük ümidlər bəsləyirik. Çünki, Gürcüstan demokratiyasının irəliləməsi və inkişafı çox vacibdir.
Mixail Saakaşvilidən eşitdiyimiz üzr məsələsinə gəlincə isə ,onun, seçkilərdən əvvəl üzr istəməsi təbiidir. O, Səkkiz il sonra rəhbərliyi zamanı etdiyi səhvləri xatırladı.

Rəhbərlik etdiyi zaman "Milli Hərəkat" ın ölkə ərazisinin 20 %-i Rusiyaya təhvil verməsi, vətənə xəyanət etmək deməkdir.

Bağışlanmayan cinayətlərdən biri də Qiqi Uqulava və başqaları ilə oğurladıqları on və yüz milyonlar idi" dedi Kobaxidze

Bizimlə əlaqə saxlayın



Digər "siyasət" xəbərləri