1 USD =3.316 GEL 1 EUR =3.955 GEL 1 AZN =1.951 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.369 GEL
11 
Avq
2020
11:26
1205

Müxalifət nümayəndələrinin seçkilərdən gözləntiləri - AÇIQLAMA

Müxalifət nümayəndələri bu il oktyabr ayında keçiriləcək olan seçkilərdən gözlətilərini açıqladılar.

İnterPress.ge bu haqqda Əli Bədirov, müstəqil namizəd, Əhməd İmamquliyev,"Avropalı Gürcüstan" Qardabani-Marneuli namizədi, Fuad Qəhramanov, "Ağmaşenebeli Strategiyası" partiyasının Marneuli qərargahının rəhbəri və Aqil Mustafayev, "Vahid Milli Hərəkat" partiyasının Marneuli qərargahının rəhbəri ilə söhbət etdi.

Müxalifət nümayəndələrinin dediyinə görə, hər birinin rəqib partiyası "Gürcü arzusu"dur.

Ə. İmamquliyev qeyd edir ki, partiya siyahısında ön sıralarda olacaq.

"Partiyanın siyahısı hal-hazırda hazır deyil, lakin siyahı tam hazır olduqda ön sırada yer alacağam. Əminəm ki, xalqımız düzgün seçim edəcək və seçkilərdə qalib gələcəyik. İnsalar görürlər ki, "Gürcü arzusu" xalq üçün işləmir", - dedi Əhməd İmamquliyev.

"Digər partiyalardan üstünlüyüm ondadır ki, digər namizədlərə nisbətən, dövlət dilini yaxşı bilirəm və xalqa daha yaxşı xidmət edəcəyimi düşünürəm. Millət vəkili olmaq istəyirəm və buna görədə qanuna daha yaxın olmaq lazımdır. Mənim isə hüquqla aram yaxşıdır. Bundan əlavə olaraq, seçkilərdə ll tura qalacağımı düşünürəm", - deyə Əli Bədirov qeyd edib.

Seçkilərdən qələbə gözləntisi olan Fuad Qəramanov belə deyir: "Partiya siyahısında yer alacağımı düşünürəm və gözləntim isə qalibiyyətdir. Böyük ehtimalla Marneli-Qardabani namizədi olacam."

"Vahid Milli Hərəkat" partiyasının Marneuli qərargahının rəhbəri A. Mustafayev qeyd edir ki, VMH partiyasının siyahısı ehtimal ki, 1 aya bəlli olacaq.

"Hökumət dəyişikliyi vacibdir. Gürcüstan vətəndaşlarının "Gürcü arzusuna" olan etimadı 0-dır. Və biz, "Vahid Milli Hərəkat" partiyası olaraq daha yaxşı işlər görəcəyik. Bizim rəqibimiz ancaq "Gürcü arzusu"dur. Çünki bizim mübarizəmiz İvanişvili rejimi ilədir", - dedi Mustafayev.

Bizimlə əlaqə saxlayın



Digər "siyasət" xəbərləri