1 USD =3.325 GEL 1 EUR =3.984 GEL 1 AZN =1.956 GEL 1 TRY =0.427 GEL 1 RUB =4.37 GEL
10 
Avq
2020
11:31
249

Səhiyyə Nazirliyində qapalı görüş baş tutur

Səhiyyə Nazirliyində məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze müxtəlif tibb müəssisələrinin həkimləri ilə görüşür.
Görüş bağlı qapılar arxasında baş tutur.

İnterPress.ge xəbər verir ki, görüşdə prokurorluq tərəfindən Tbilisinin mərkəzi xəstəxanasının əməkdaşlarının həbsi məsələsi müzakirə olunur.

Qeyd edək ki, Tbilisinin şəhər məhkəməsi Tbilisinin mərkəzi xəstəxanasının direktoru Qiorqi Lobjanidzeni 100 000 lari ilə girovla həbsdən azad edib. Lakin həmin xəstəxananın həkimləri Vaxtanq Ğipiaşi və Maqda Xocolava həbsdə saxlanılıb.

Prokurorluğun məlumatına görə xidmətdən sui istifadə , soyğunçuluq və qanunsuz həkim xidməti faktı üzrə məhkəmənin qərarı əsasında qeyd olunan bu 3 şəxs saxlanılmışdır.

Prokurorluğun məlumatına görə, Tbilisi mərkəzi xəstəxanasında xəstəyə cərrahi əməliyyatda İtaliyadan dəvət olunmuş həkimlərin əvəzinə müvafiq lisenziyası olmayan şəxslər iştirak ediblər. Prokurorluğun açıqlamasına görə, həkimlər tərəfindən buraxılan diqqətsiz və səhvlikdən irəli gələrək xəstənin vəziyyəti ağırlaşıb və o,2018 ci ildən komadadır.

Nəzərinizə çatdıraq ki, Gürcüstan miqyası ilə “ ağ xələtlilər” adlı həmrəylik aksiyası keçiriləcək. Həmrəylik aksiyası Tbilisinin mərkəzi xəstəxanasının həbs edilən həkimlərinə dəstək məqsədilə bu gün saat 12:00- da başlayacaq. Bundan başqa həftənin ikinci günü saat 17:00-da Səhiyyə nazirliyi binasının qarşısında brifinq/aksiya baş tutacaq

Bizimlə əlaqə saxlayın



Digər "siyasət" xəbərləri