1 USD =3.316 GEL 1 EUR =3.955 GEL 1 AZN =1.951 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.369 GEL
10 
Avq
2020
09:50
592

Qiorqi Vaşadze Axalkalakidə baş verənlərə münasibət bildirdi

“Gürcü arzusu kriminal aləmlə sonadək əməkdaşlıq edərək polisləri təhqir edib. O, bu açıqlamanı Axalkalakidə baş verən hadisə əlaqəli verib“.

İnterPress.ge xəbər verir ki, bu haqqda “ Ağmaşenebeli Strategiyası” nın lideri Qiorqi Vaşadze açıqlama verdi.

Vaşadzenin sözlərinə görə, polisin şərəf və ləyaqəti mütləq geri qaytarılmalı və ölkədə kriminal qoruyuculuq sona çatmalıdır.

“Gürcü arzusu kriminal aləmlə sonadək əməkdaşlıq edərək polisləri təhqir edir çünki polis kriminal vəziyyəti idarə edə bilmir və onlara yalnız siyasi tapşırıqlar verilir. Onlara kriminalları buraxmaq tapşırıqları verilir və olacaqlar olur. Görürsünüz ki, bu artıq qəbuledilməzdir. İnsanlar öz övladlarının küçədə gəzməyindən qorxurlar. Bu ədalətsizlik 31 oktyabr tarixində sona çatmalıdır. Polisin şərəf və ləyaqəti geri qaytarılmalı və onların bir istiqaməti olmalıdır. Onlar ictimaiyyətin təhlükəsizliyini qorumalıdırlar. Heç bir halda kriminalların dövlət tərəfindən qorunmasına yol verməməliyik”, - dedi Qiorqi Vaşadze.

Bizimlə əlaqə saxlayın



Digər "siyasət" xəbərləri