1 USD =3.076 GEL 1 EUR =3.636 GEL 1 AZN =1.809 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.181 GEL
01 
Avq
2020
10:01
641

Bu gün bu vəzifəli şəxslər vəzifələrini tərk edirlər

Gürcü arzusunun majoritar namizədləri vəzifələrini bu gündən tərk edirlər.

InterPress.ge xəbər verir ki, bununla bağlı məlumatı Gürcü arzusu yayır.

1 avqustdan majoritar deputatlığa namizədlər olaraq irəli sürülən Kaxeti, Şida Kartli, Mçxeta Mtianetinin dövlət müşavirləri və Tbilisinin Vake rayonunun icra başçısı vəzifəsini tərk edəcək.

İrakli Kadaqişvili - Kaxetinin dövlət müşaviri (Telavi, Axmeta, Ğvareli, Laqodexinin seçki dairəsində majoritar deputatlığa namizəd), Qiorqi Xogevanaşvili -Şida Kartlinin Dövlət müşaviri ( Qori və Kaspinin seçki dairəsində majoritar deputatlığa namizəd ), Şalva Kereselidze - Mçxeta Mtianetinin dövlət müşaviri ( Mçxeta, Duşeti, Tianeti və Kazbekin seçki dairəsindən deputatlığa namizəd ), Nodar Turdzeladze Vake rayonunun icra başçısı (Vake rayonunun majoritar seçki dairəsindən deputatlığa namizəd ) Acarıstan M/R- səhiyyə və sosial müdafiəsi naziri Zaal Mikeladze ( Gürcü arzusu demokratik Gürcüstan partiyası onu Kobuleti seçki dairəsindən deputatlığa namizəd irəli sürüb ) o artıq vəzifəsindən uzaqlaşıb.

Bir neçə gün öncə Sameqrelo- Yuxarı Svanetinin dövlət müşaviri Aleksandre Moçerelia vəzifəsini tərk edib. O, Abaşa, Martvili, Calengixa, Çxorocğu seçki dairəsində majoritar deputatlığa namizəddir. Deputatlığa namizəd irəli sürülmüş digər inzibati vəzifəli şəxslər isə vəzifələrini seçki kampaniyası başladıqdan dərhal sonra vəzifələrini tərk edəcəklər ", - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər "siyasət" xəbərləri