1 USD =3.079 GEL 1 EUR =3.624 GEL 1 AZN =1.811 GEL 1 TRY =0.421 GEL 1 RUB =4.211 GEL
26 
İyl
2020
18:16
1411

Gürcüstan üzərindən Ermənistana 300 hərbi avtomobil aparılacaq? - Hökumət nümayəndəsindən açıqlama

"Gürcüstanın Azərbaycanla strateji əlaqəsi var. Bizim Azərbaycana olan mövqeyimiz bəllidir. Qafqazda sülhün alternativi yoxdur".

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazirin müşaviri İrakli Çikovani Rusiyanın Gürcüstandan üzərindən Ermənistana 300 hərbi avtomobil aparmaq üçün hazırlaşmasına dair yayılan məlumata münasibət bildirib.

Onun qeyd etdiyinə görə, bu yalan məlumatdır və müəyyən kütləvi informasiya vasitələri öz təşviqatları üçün yalan məlumat yaymaqdan istifadə edirlər.

“Təəssüflər olsun ki, bu ilk hal deyil. Konkret mediavasitələri var ki, onlar məlumatları öz maraqları üçün dəyişib yayırlar. Qeyd edim ki, Gürcüstanın mövqeyi şəffaf, aydın və bizim bütün tərəfdaşlarımıza görünəndir”- deyə İrakli Çikovani qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər "siyasət" xəbərləri