1 USD =3.074 GEL 1 EUR =3.64 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.439 GEL 1 RUB =4.206 GEL
24 
İyl
2020
14:22
557

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze Gürcüstan-Azərbaycan münasibətlərindən danışdı

“Gürcüstanın strateji tərəfdaşları ilə yaxşı münasibətləri var və bu əlaqələr gələcəkdə də fasiləsiz davam edəcəkdir”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Arçil Talakvadze jurnalistlərə açıqlamasında bildirib.

Serbiyadan hərbi sursatın Gürcüstan üzərindən Ermənistana daşınması ilə bağlı yayılan məlumatları şərh edən spiker onları əsassız adlandırıb:

“Bu, konkret KİV-in heç bir əsasa söykənməyən versiyasıdır. Strateji tərəfdaşlarımızla yaxşı münasibətlərimizin gələcəkdə də rəvan davam etdirilməsi prioritet vəzifəmiz olacaq. Yayılan informasiyaların heç bir əsası yoxdur. Sizi əmin edirəm ki, Gürcüstan və Azərbaycan arasındakı münasibətlərdə heç bir narahatlıq ola bilməz”.(report)

Bizimlə əlaqə saxlayın



Digər "siyasət" xəbərləri