1 USD =3.074 GEL 1 EUR =3.614 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.42 GEL 1 RUB =4.171 GEL
13 
Fev
2020
18:16
1279

Gürcüstanın baş naziri Rusiyanın XİN başçısı ilə görüşəcək?

Gürcüstanın baş naziri Giorgi Qaxaria Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya yola düşüb.

İnterPress.ge xəbər verir ki, bu barədə hökumət başçısının Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, G.Qaxarianın Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəyi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Gürcüstanın müxalif Vahid Milli Birlik Hərəkatı Partiyasının liderlərindən biri Xatia Dekanoidze bildirib ki, S.Lavrov da Münhen Təhlükəsizlik Konfransında iştirak edir və o, G.Qaxariadan Gürcüstana səfəri ilə bağlı təhlükəsizlik zəmanəti ala bilər.

Qeyd edək ki, mayn 14-15-də Tbilisidə Avropa Şurasının Nazirlər Komitəsinin iclası keçiriləcək. Rusiya tərəfi toplantıda iştirak edəcəyini bildirsə də, ölkənin təmsilçilik səviyyəsi hələ müəyyən olunmayıb.(report)

Bizimlə əlaqə saxlayın



Digər "siyasət" xəbərləri