1 USD =3.074 GEL 1 EUR =3.64 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.439 GEL 1 RUB =4.206 GEL
18 
İyl
2020
09:08
894

Gürcüstan və Azərbaycanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Gürcüstanın xarici işlər naziri David Zalkaliani Azərbaycanın yeni təyin olunmuş xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

InterPress.ge xəbər verir ki, Bəbununla bağlı xarici işlər nazirliyi məlumat yayır.

Məlumata görə, David Zalkaliani Ceyhun Bayramovu təyin olunduğu vəzifəyə görə təbrik edib, gələcək işlərində müvəffəqiyyətlər arzulayıb və iki ölkə arasında mövcud dostluq və strateji tərəfdaşlığı dərinləşdirilməsi istiqamətində gələcəkdə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.

David Zalkaliani Azərbaycan-Ermənistan sərhədində baş verən vəziyyətlə maraqlanıb. O, həmkarı tərəfindən vəziyyətlə bağlı verdiyi məlumatı dinləyib. Nazir bir daha yaranmış eskalasiya vəziyyətindən kədərləndiyini bildirib.

"Nazir, beynəlxalq mexanizmlərin, xüsusən də ATƏT-in Minsk Qrupunun fəal iştirakı ilə sülh danışıqlarına qayıdıb vəziyyəti ləğv etmək mümkün olacağına ümid edib", - deyə bəyanatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər "siyasət" xəbərləri