1 USD =3.076 GEL 1 EUR =3.636 GEL 1 AZN =1.809 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.181 GEL
04 
İyl
2020
12:24
771

Prezident Salome Zurabişvili Amerika Birləşmiş Ştatlarını təbrik etdi

"Bu gün bütün xalq üçün tarixi gündür. Bu gün öz dəyərləri ilə bütün xalqı özündə birləşdirir. Bu dəyərləri bütün dünya bilir :azadlıq, müstəqillik, insan haqları, demokratiya. Bu dəyərlər bizi Amerika ilə birləşdirir. Bu o dəyərlərdir ki, müstəqilliyimizdən sonra konstitusiyaya yazdıq və bu dəyərlər biz bu dəyərlərlə inkişaf yolunda irəliləyirik. Bu 30 il ərzində Amerika bizim Avroatlantik inteqrasiyaya, suverenliyimizə və ərazi bütövlüyümüzə dəstək verir".

InterPress.ge xəbər verir ki, bu bəyanatı Gürcüstan prezidenti Salome Zurabişvili yayır.

Onun bildirdiyinə görə, dünya yeni çağırışla - görünməz düşmən və təhlükə ilə qarşı qarşıyadır.

"Bir tərəfdən düşünə bilərik ki bu çağırışla hər bir ölkə yalnız mübarizə aparmalıdır. Lakin qlobal çağırışla qlobal həmrəyliklə mübarizə aparmaq lazımdır. Amerika tərəfindən yaradılan Luqar Laboratoriyasının pandemiya dövründə necə pozitiv fəal işlədiyini, bizim və Amerika həkimlərinin necə işlədiyini, hamımız yaxşı bilirik. Amerikanın maliyyə dəstəyi bizim üçün həm pandemiya dövründə həm də ondan sonrakı iqtisadi krizisdən tez və asan çıxmağımız üçün çox önəmlidir. Bu gün Amerika qlobal çağırışla ciddi qarşı qarşıyadır. Mən Pandemiyadan irəli gələrək dünyasını dəyişən bütün Amerikan ailələrinə baş sağlığı verirəm. Bu gün Amerikanın müstəqillik günüdür və bu münasibətlə bütün Amerika xalqını və Amerika Birləşmiş Ştatlarını təbrik edirəm", - deyə Salome Zurabişvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər "siyasət" xəbərləri