1 USD =3.074 GEL 1 EUR =3.64 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.439 GEL 1 RUB =4.206 GEL
21 
İyn
2020
13:39
758

Vitse-spiker Vahid Milli Hərəkat partiyasının qərarına münasibət bildirdi

“Vahid Milli Hərəkat" partiyası öhdəliyində olan məsuliyyətdən qaça bilməyəcək. O, konstitusiya dəyişikliyinin səs vermə prosesində iştirak etmədiyinə görə cavabdehlik daşıyuacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Parlamentin vitse spikeri Qiorqi Kaxiani Vahid Milli Hərəkat partiyasının qərarını belə dəyərləndirir.

Kaxianinin bildirdiyinə görə, idarəçi partiya uzun zamandır ki, Gürcü arzusunun konstitusiya dıyişikliyinə dəstək olacağını qeyd edirdi.

“Bundan başqa görünür ki, seçkilərin keçirilməsi VMH partiyasının maraqlarında deyil. Onların başqa məqsədləri var. Bir tərəfdən isə “Avropalı Gürcüstan” partiyasınnı bu səs vermədə iştirak etməsi alqışalayiqdir.

VMH partiyasına gəldikdə isə, bu partiya öhdəliyində olan məsuliyyətdən qaça bilməyəcək. O, mütləq bu qərara görə cavabdehlik daşıyacaq. Əminəm ki, bu dəyişiklik parlamentin birinci dinləməsində qəbul olunacaq. Daha sonra nə baş verəcək, necə təsir göstərəcək bunu zamanla görəcəyik”, - dedi Kaxiani.

Bizimlə əlaqə saxlayın



Digər "siyasət" xəbərləri