1 USD =3.074 GEL 1 EUR =3.64 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.439 GEL 1 RUB =4.206 GEL
27 
May
2020
21:28
983

Giorgi Qaxaria: "Əmin olun ki, bu ilki parlament seçkilərində hər zamankindən daha çox müşahidəçi olacaq"

"Əmin olun ki, Gürcüstanın bu ilki parlament seçkilərində hər zamankindən daha çox müşahidəçi olacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria parlamentdə çıxış edərkən deyib.

Qaxaria qeyd etdi ki, Gürücstan iqtidarı əlindən gələni edəcək ki, beynəlxalq müşahidəçilərin gəlməsi üçün heç bir maneə yaranmasın.

“Epidemioloji testlər olacaq, məsafələr qorunacaq, nəqliyyat vasitələri ilə təmin ediləcək, əlimizdən gələni edəcəyik ki, beynəlxalq müşahidəçilərin seçkilərə nəzarət etmələri üçün heç bir maneə olmasın. Pandemiyanın qlobal partlaması baş verməsə, onlar mütləq seçkilərdə iştirak edəcəklər” – dedi Giorgi Qaxaria.

Bizimlə əlaqə saxlayın

Digər "siyasət" xəbərləri